Tikinti işləri aparılarkən ağaclar zədələndi - Nazirlik 1000 manat cərimələdi


14:33     24 Avqust 2018 valyuta_manat_0257.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.


Femida.az nazirliyin saytına istinadən xəbər verir ki, reyd zamanı Gəncə şəhər Nizami rayonu ərazisində aparılan tikinti abadlaşdırma işləri zamanı iri diametrli 5 Eldar şamı ağacının zədələndiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Samir Hacıyev tərəfindən tikinti işləri aparılarkən zədələndiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 1000 manat məbləğində cərimə olunub. Ağaclara aqrotexniki xidmət göstərilməsi məqsədilə S.Hacıyevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Femida.az

Açar sözlər: #Ağac   #Tikinti   #Eldar  

Oxunub: 183