Milli Qəhrəmanın şəhadətindən 26 il ötür
15:16 24 Avqust 2018
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yunis Nəcəfovun şəhadətindən 26 il ötür.
Femida.az-ın məlumatına görə, Yunis Nəcəfov 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1975-ci ildə Xanlar rayonunda məktəbə gedib. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirib. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə daxil olur, daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirir. 1989-cu ildə leytenant rütbəsi alır və qulluğa başlayır. 1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır. Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq sınmır, əksinə o daha ciddi mübarizə aparmağa başlayır.
1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis "N" saylı bölüyə komandir təyin edilir. O, Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində xüsusilə fərqlənib. Daha sonra müharibəyə döyüşçülər hazırlamaq məqsədilə Bakıya göndərilir. Lakin Laçın və Şuşa erməni hücumlarına məruz qalan zaman yenidən cəbhəyə dönür. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilib. Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulub.
Femida.az
Oxunub: 305
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb