Gəlin toy günü niyə başqasına qaçdı?
16:18 24 Avqust 2018
Salyan rayonunun Qaraçala qəsəbəsində toy günü başqasına qoşulub qaçan gəlinlə bağlı bəzi təfərrüat məlum olub.
Femida.az xəbər verir ki, Qaracala kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlanla qoşulub qaçıb:
"Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”.
Qeyd edək ki, Salyan rayonunda gəlin toy günü başqasına qoşulub qaçıb. Pis duruma düşən bəy isə toy günü başqa bir gəlin taparaq evinə gətirib.
Femida.az
Oxunub: 563
Oxşar xəbərlər
- Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
- Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
- Salyanda traktorla avtomobil toqquşub, xəsarət alanlar var
- Salyan sakini rabitə operatorunun qülləsinə çıxaraq özünü atmaq istəyib
- Salyan sakini intihar edib
- Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət alıb
- Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib
- Salyanda 14 yaşlı yeniyetmə itkin düşüb