Rusiya və Türkiyə XİN başçıları Cənubi Qafqaz üçün bir araya gəlir


18:01     24 Avqust 2018 cavusoglu-lavrov-ile-gorustu-144157.jpg


Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu işgüzar səhər yeməyi zamanı dünyanın bir sıra regionlarında, o cümlədən Cənubi Qafqazda əməkdaşlığı müzakirə edəcəklər.

Bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov Moskvada türkiyəli həmkarı ilə görüşün yekunlarına dair mətbuat konfransında məlumat verib.

"Biz işgüzar səhər yeməyi zamanı bugünkü danışıqlarımızı davam etdirəcəyik. Biz Türkiyə ilə sıx əməkdaşlıq etdiyimiz digər beynəlxalq mövzuları müzakirə edəcəyik. Mən Cənubi Qafqaz və Mərkəzi Asiya, Qara dəniz regionu, Ukrayna və həmçinin Qərbi Balkanı nəzərdə tuturam ki, burada Rusiya və Türkiyə vəziyyətə müsbət sabitləşdirici təsir göstərə bilər", - o vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 302