Türkmənistan Xəzərdə süni ada yaradıb


18:38     24 Avqust 2018 xezer2.jpg

Xəzər akvatoriyası hüdudlarında 50-dək ada qeydə alınıb.



Femida.az Trend-ə istinadən bildirir ki, onların siyahısına daha biri - Xəzərin Türkmənistan sektorunda 170 hektarda yaradılmış süni ada da daxil olub.

Yeni ərazi Türkmənbaşı beynəlxalq dəniz limanının tikintisi ilə birgə yaradılıb.

Hazırda mütəxəssislər adanı ekoloji turizm baxımından da qiymətləndirirlər.

Ada qızılqaz, qu, qaz, ördək, vağ, qutan və digər quş növlərinin qida, yuva və qışlama yerinə çevrilib.

Femida.az

Açar sözlər:

Oxunub: 768