Ucarda “Hyundai” aşdı


22:32     24 Avqust 2018 qeza_yeni.jpg

Ucar rayonunun Küçəkənd kəndində "Hyundai" markalı minik avtomobili yolda idarəetməni itirərək aşıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 207