Moldovada sərt vergi cərimələri tətbiq edilir


22:48     24 Avqust 2018 2018/08/15351179984763922934_1000x669_1535119305.jpg

Moldovanın vergi xidməti müntəzəm nəzarət tədbirləri keçirir və qanunu pozanları sərt cəzalandırır.


Femida.az xarici KİV-lərə istinadla bildirir ki, respublikanın Dövlət Vergi Xidmətinin əməkdaşları Milli Patrul Xidməti Müfəttişliyinin əməkdaşları ilə birlikdə ölkənin paytaxtında taksi fəaliyyəti üzrə seçmə qaydada yoxlama keçirib. Vergi müfəttişləri yoxlanılmış taksi maşınlarının 13-də sürücülərin bu sahədə işləmək üçün zəruri sənədlərinin olmadığını müəyyən edib. Yoxlamanın nəticəsi olaraq 13 protokol tərtib edilib və 45,5 min ley (4,6 min manat) məbləğində cərimə yazılıb.

Vergi xidmətindən bildirilib ki, bu, taksilərin fəaliyyəti üzrə növbəti yoxlama əməliyyatı idi. Bu cür nəzarət tədbirləri müntəzəm qaydada görülür.

Femida.az

Açar sözlər:

Oxunub: 358