Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayır
00:10 25 Avqust 2018
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir.
Təhsil Nazirliyindən Femida.az -a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, namizədlər boş qalan üç mindən çox vakant yerə avqustun 25-26-da seçim edə biləcəklər.
Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.
Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi avqustun 26-sı saat 23:59-dək davam edəcək.
Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə avqustun 30-31-də müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
Oxunub: 223
Oxşar xəbərlər
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Diaqnostik qiymətləndirilmədən keçən peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
- Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi başlayır
- Müəllimlərin işə qəbul imtahanında namizədlərə verilən vaxt artırılacaq
- Müəllimlərin diqqətinə! Əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənib
- Müəllimlərin işə qəbulu imtahanlarına start verilir
- Müəllimlərin işə qəbul imtahanı bərpa olunur
- Bakıda çalışan müəllimlərin orta maaşı 700 manatdır