Silahlı Qüvvələrdə “NATO Günləri”


16:06     06 Oktyabr 2015 1415001228_nato2.jpg

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə “NATO Günləri” tədbiri keçirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər təqdim edəcək və müzakirələr aparacaq.

Tədbir oktyabrın 8-dək davam edəcək.

Açar sözlər:

Oxunub: 633