21 yaşlı oğlan səhvən arvadını öldürdü


01:50     25 Avqust 2018 2018/08/A3D0A3A8-BB0B-47AD-B62A-DF2C8A7B9C94_1535132223.jpeg

Türkiyənin Qaziantep bölgəsində yaşayan Suriya vətəndaşı səhvən həyat yoldaşını öldürüb.

Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 21 yaşlı kişi evdə həyat yoldaşı ilə zarafatlaşarkən əlindəki ov tüfəngindən atəş açılıb. Güllə təsadüfən onun xanımı 19 yaşlı Minəyə dəyib.

Hadisə nəticəsində ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm işi ilə əlaqədar suriyalı gənc həbs olunub. Məlum olub ki, cütlük bir ay əvvəl evlənibmiş.

Femida.az

Açar sözlər:

Oxunub: 237