Avtomobil iki yerə bölündü:Toydan qayıdan bir ailənin 4 üzvü ölüb +VİDEO
13:30 25 Avqust 2018
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az "Report"a istinadən bildirir ki, Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Göyçayda yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub. "Mercedes" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində ikinci maşının Ənvər adlı sürücüsü və sərnişinlər - Səlimov Ramin Azər oğlu, Səlimova Gülnar Nağı qızı və onların 8 yaşlı övladı Səlimov Azər Ramin oğlu aldıqları xəsarətlərdən ölüblər.
Daha 7 nəfər şəxs, "VAZ"ın digər sərnişinləri - 1963-cü il təvəllüdlü Salmanova Qənimət Yüsif qızı, Salmanov Ülvi Ümid oğlu (2015), Salmanova Həcər Ramin qızı, Salmanova Aygün Ənvər qızı (1993) və "Mercedes" markalı avtomobilin sürücüsü, Abdullayev Akşin, onun sərnişinləri Cahangirov Zahir Qədir oğlu (1989) və Əhmədova Aygün Ənvər qızı (1993) yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə hər iki avtomobil müxtəlif toy mərasimlərindən qayıdan zaman baş verib. Zərbənin gücündən "VAZ-2106" markalı avtomobil 2 hissəyə bölünüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 856
Oxşar xəbərlər
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Ağır qəza: Ölənlər var
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb