Elmar Vəliyevin videosu yayıldı


17:07     25 Avqust 2018 18_08_25_1535188097.jpg

Gəncədə sui-qəsdə məruz qalan icra başçısı Elmar Vəliyevə aid olduğu iddia edilən görüntülər yayılıb. Yerli mətbuatda yayılan kadrlarda onun səhhətinin yaxşı olduğu, normal şəkildə qidalandığı görünür. Buna baxmayaraq, həmin şəxsin icra başçısının oxşarı ola biləcəyi də vurğulanıb.

Femida.az xəbər verir ki,AzVision.az-ın əldə etdiyi məlumata görə, internetdə yayılan videodakı şəxs Elmar Vəliyevin özüdür. Görüntülər bir neçə gün əvvəl lentə alınıb. İcra başçısının müalicəsi artıq başa çatıb və hazırda reabilitasiya mərhələsindədir.

Yaxınlarının saytımıza bildirdiyinə görə, E.Vəliyev qısa müddətdə işə qayıdacaq.


Açar sözlər: #Elmar_Vəliyev   #Video  

Oxunub: 644