100 milyon manatlıq dövlət qiymətli kağızları buraxılacaq


21:25     25 Avqust 2018 18_08_25_1535204348.jpg

Hazırda qısamüddətli (1 illik) və ortamüddətli (2 və 3 illik) dövlət istiqrazları buraxılır. 2018-2025-ci illərdə hər il mövcud dövlət istiqrazları üzrə xidmət xərclərini ödəyəcək məbləğdə və əlavə olaraq 100,0 mln. manat məbləğində əlavə dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur.


Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

Sənəddə bildirilib ki, daxili bazarın inkişafını təmin etmək məqsədilə daxili dövlət borcunun illər üzrə tədricən artması proqnozlaşdırılsa da, bu borcun hər il emissiya ediləcək dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilməsi nəticəsində dövlət büdcəsi üzərinə ağır yük düşməyəcək: "Lakin bununla belə, məlum olduğu kimi, “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivlərin alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə ümumi həcminin yuxarı həddi təqribən 10,0 mlrd. manat olan istiqrazların buraxılışını həyata keçirib və bu istiqrazlar üzrə əsas borc ödənişləri 2020- ci ildən etibarən başlayacaq. Strategiyada bu öhdəliklərə “Aqrarkredit” QSC tərəfindən xidmət ediləcəyi nəzərdə tutulub. Lakin Cəmiyyət borca xidmət xərclərini ödəməyəcəyi təqdirdə, zaminlik şərti əsasında öhdəliklərə dövlət büdcəsindən xidmət edilməsi fiskal yükün artmasına gətirib çıxara bilər".

Femida.az

Açar sözlər:

Oxunub: 218