“Azərxalça” ASC-nin İsmayıllı filialı istifadəyə verilib
02:02 26 Avqust 2018
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak edib.
Femida.az xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, müəssisənin binasının 2016-cı ildə başlayan tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialda 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.
Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Femida.az
Oxunub: 340
Oxşar xəbərlər
- “Azərxalça”da yeni təyinat olub
- “Azərxalça” istehsalı bərpa edir
- “Azərxalça”ya yeni sədr təyin edildi - SƏRƏNCAM
- “Azərxalça”nın rəhbəri həbs edildi
- “Azərxalça”nın Ağdam filialı açılıb
- “Azərxalça” ASC-nin Lənkəran filialı açılıb
- “Azərxalça” ASC-nin Xaçmazda filialı açılıb
- “Azərxalça”ya 2 milyon manat ayrıldı