Sürücünün sənədlərini yoxlayan polis güllələndi


18:32     26 Avqust 2018 2018/08/67080FD1-E0A5-4944-8F23-BF53CBE9207B_1535279746.jpeg

Belçikanın Spa şəhərində yol polisi güllələnib, axar.az xəbər verir.

Femida.az bildirir ki, hadisə polisin sürücünün sənədlərini yoxladığı vaxt baş verib.

Şəhər rəhbərliyi hadisəni təsdiqləyib, amma məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Cinayətkarın olduğu avtomobilin markası və nömrəsi bardə məlumat verilmir. Polis cinayətkarın axtarışını davam etdirir.

Belçikanın Daxili İşlər naziri Jan Jambon polisin ailəsinə başsağlığı verib.

Femida.az

Açar sözlər:

Oxunub: 356