Paşinyanın müşaviri istefa verdi


00:15     27 Avqust 2018 18_08_26_1535298790.jpg

Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri Arsen Xaratyan vəzifəsindən istefa verib.
Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaratyan istefa ərizəsini avqustun 23-də baş nazirə təqdim edib.

Keçmiş müşavir istefa qərarını ailəsinin Gürcüstanın paytaxtı Tbilisidə yaşaması ilə əlaqələndirib. Xaratyan vəzifədə olduğu müddətdə ailəsi ilə görüşə bilmədiyini və bu səbəbdən Paşinyanın komandasını tərk etdiyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 260