"Erməni deyiləm qeyrətim bir qram olsun..." deyən şəhidin doğum günüdür


15:27     27 Avqust 2018 2018/08/40160654_1008090319372229_5621305526886334464_o_1535355203.jpg

Aprel döyüşləri zamanı şəhid olan əsgər Əzizzadə Xaliq Həsənoğlunun doğum günüdür.



Xaliq Əzizzadə 1996-cı ilin 27 avqust günündə Şərur şəhərində anadan olub. Xaliq Əzizzadə Xətai rayonunda yerləşən M. Hacıyev adına 116 saylı tam orta məktəbi bitirib.

Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Xaliq Əzizzadə Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əzizzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Xaliq Əzizzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Mən ərəb deyiləm əlimdə təsbeh olsun. Mən ingilis deyiləm ləqəbim bayraq olsun. Mən erməni deyiləm qeyrətim bir qram olsun. Mən *MUROV * əsgəriyəm hamı ehtiyatlı olsun!!! (Şəhid Xaliq Əzizadənin son statusundan.)

Açar sözlər:

Oxunub: 690