Prezident və xanımının xalqla görüşündən səmimi VİDEO


15:53     27 Avqust 2018 18_08_27_1535356565.jpg

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində olublar. Ölkə başçısı və birinci xanım qəsəbəyə təbii qazın verilməsi mərasimində iştirak ediblər. Sonra Lahıc icma evində yaradılan şəraitlə tanış olublar.


Lahıc qəsəbəsini gəzən prezident və xanımı buradakı sənətkarlıq emalatxanalarında olublar, sakinlərlə görüşüb söhbət ediblər, həmçinin xatirə şəkilləri çəkdiriblər. Qəsəbə sakinləri dövlət başçısını və birinci xanımı böyük sevinc və coşğu ilə qarşılayıblar. Daha sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva qəsəbə sakini misgər Nəzər Əliyevin evində olublar.

Femida.az prezident və birinci xanımın Lahıc səfərindən səmimi görüntüləri təqdim edir:


Açar sözlər: #Prezident   #İlham_Əliyev   #Mehriban_Əliyeva   #video   #lahıç  

Oxunub: 1671