80 yaşlı qadın itkin düşdü - Nə eşidə bilir, nə danışa...


21:01     27 Avqust 2018 2018/05/yasli-qadin-qoca-pensiya-itkin_1527245406.jpg

Bakıda yaşlı qadın itkin düşüb.



Bu barədə Femida.az-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Qəniyeva Karina Vaqif qızı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək onunla birgə yaşayan anası, 1938-ci il təvəllüdlü Qəniyeva Emma Hacıbala qızının avqustun 26-da səhər saat 10 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

E.Qəniyeva eşitmə və dil qüsurludur.

Faktla bağlı Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.


Femida.az

Açar sözlər: Qadın   Yaşlı   Qoca   İtkin  

Oxunub: 456