Rusiya Suriya sahillərinə 3 gəmi göndərdi


22:36     27 Avqust 2018 2018/08/1535367552_1535377062.jpg

Rusiya Suriya sahilərinə "Kalibr" raketi təchizatına malik iki freqatla yanaşı, bir mina gəmisi də göndərib.


Bu barədə Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib. Açıqlamaya görə, Qara dəniz donanmasından "Admiral Qriqoroviç" və "Admiral Essen" freqatları Aralıq dənizindəki Rusiya donanmasına qoşulması üçün yola düşüb. Gəmilər yekun marşrutlarına çatmadan öncə yol üzərində saxta düşmən hədəflərini müəyyən etmə və monitorinq təlimi keçirib. Bu gəmilərdən sonra eyni donanmadan "Valentin Pikul" adlı bir mina gəmisi də Suriya sahillərinə getmək üçün göndərilib. Digər tərəfdən, bu addım Rusiya Müdafiə Nazirliyinin ABŞ, İngiltərə və Fransanın Suriya ordusununmülki vətəndaşlara qarşı kimyəvi silah istifadə etdiyi bəhanəsiylə Suriyaya qarşı yeni bir bombardman həyata keçirmək hazırlığında olduğu xəbərdarlığını etdiyi bir dövrdə atılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 316