XİN başçısı Avropa Forumu zamanı huşunu itirib


21:43     27 Avqust 2018 18_08_27_1535377275.jpg

Avstriyanın xarici işlər naziri Karin Knaysl Alpbax Avropa Forumu zamanı huşunu itirib.

Bu barədə Femida.az Avstriya KİV-inə istinadən xəbər verir.

Avstriya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tomass Şnell nazirin dünən illik forum çərçivəsində çıxış edərkən azacıq halsızlaşdığını təsdiqləyib: "Nazir hoteldə otağında istirahət edir və artıq yaxşılaşmaqdadır".

Bundan əlavə, K.Knayslın mətbuat nümayəndələri ilə avqustun 18-də sahibkar Volfqanq Meylinger toyunda Rusiya prezidenti Vladimir Putinin iştirakı barədə müsahibədən sonra halının pisləşdiyi bildirilir.

Açar sözlər:

Oxunub: 229