Mikayıl Cabbarov ölən alpinistin qardaşını işdən çıxartdı


23:30     27 Avqust 2018 18_08_27_1535383763.jpg

Vergilər naziri Mikayıl Cabbarov Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Cəbrayılov Fərid Zəbiyulla oğlunu tutduğu vəzifəsindən azad edib.

Femida.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Mikayıl Cabbarov bununla bağlı müvafiq əmr imzalayıb. Sözügedən vəzifənin icrasını isə nazir müavini İlkin Vəliyev müvəqqəti icra edir.

Xəbəri Vergilər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.

İşdən çıxarılan Fərid Cəbrayılov sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın kadrı olub.

Qeyd edək ki, Fərid Cəbrayılov faciəvi şəkildə həyatını itirən alpinist Fəridə Cəbrayılzadənin qardaşıdır.

Femida.az

Açar sözlər: #vergi  

Oxunub: 978