Roma Papası istefaya çağırıldı - Cinsi istismar qalmaqalı


01:43     28 Avqust 2018 18_08_27_1535390525.jpg

Vatikanın Vaşinqtondakı sabiq səfiri, arxiyepiskop Karlo Mariya Viqano Roma Papası 1-ci Fransiski istefaya çağırıb.

Femida.az “Habertürk”ə istinadən xəbər verir ki, o, “National Catholic Register” adlı qəzetdə dərc etdirdiyi 11 səhifəlik məktubda kilsə daxilində cinsi istismara göz yumulmasına görə Papanı ittiham edib:

“Roma Papası uşaqlara istismar iddialarına görə ötən ay istefa verən kardinal Teodor Makkariklə bağlı məlumatları 2013-cü ilin 23 iyunundan bəri bilməsinə baxmayaraq, heç bir addım atmayıb. Kardinalla bağlı məlumatları Papaya birbaşa özüm demişdim. Onun əməllərini gizlətdiyi və digər kardinal və yepiskoplara örnək olması üçün ilk istefa verməli olan şəxs Papadır”.

Viqano sözlərinə əlavə edib ki, katolik kilsəsinin daxilində olan bu cinsi istismar şəbəkəsi məsum qurbanlarını öz torlarına salırlar.

Açar sözlər:

Oxunub: 343