Qəzadan 23 gün sonra öldü


17:59     28 Avqust 2018 xestexana_01254.jpg

Avqustun 4-də Bərdə rayonu ərazisində Laçın rayon sakini Səlim Əkbərovun və Tərtər rayon sakini Nəsir Alıyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

DİN-dən Femida.az-a verilən xəbərə görə, nəticədə S.Əkbərovun sərnişini, Bərdə rayon sakini Mənsurə Kəlbalıyeva və N.Alıyevin sərnişini xəstəxanaya yerləşdirilib.

Avqustun 27-də M.Kəlbalıyeva orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 327