Toy karvanında ölüm - Gədəbəydə toy yasa döndü


20:09     28 Avqust 2018 2018/08/f881256d-06c2-4185-b9a5-22842cf4cbd9_1535458223.jpg


Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb. Qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb.

14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.



Femida.az

Açar sözlər: #Gədəbəy   #toy   #sürücü  

Oxunub: 321