Kəlbəcərdə mədən partladı - Ağdərə tamamilə qazsız qaldı
21:54 28 Avqust 2018
Azərbaycanın işğal altındakı ərazilərində yaşayan ermənilər tamamilə qazsız qalıb.
Femida.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun Heyvalı kəndində qanunsuz istismar edilən dağ mədənində ötən gün baş vermiş güclü partlayış səbəbindən Ağdərə şəhəri və ətraf yaşayış məntəqələrinin qaz təminatı kommunikasiyalarına da ciddi ziyan dəyib. Nəticədə Ağdərə rayonu ərazisindəki bütün yaşayış məntəqələri və müəssisələr qazsız qalıb.
Hətta hərbi hissələrin və hərbi tibb müəssisələrinin də qaz olmadığından təminatında problemlər yarandığı bildirilir.
Hadisə yerinə gələn qondarma rejimin fövqəladə qurumlarının bildirdiyinə görə, qəzanın əsas səbəbi çəkilən boru xətlərinin standartlara cavab verməməsidir. Bərpa işlərinə ən azı 3-5 gün vaxt tələb olunduğu bildirilir.
Xatırladaq ki, ermənilər tərəfindən qanunsuz istismar edilən Kəlbəcər rayonunun Heyvalı kəndindəki dağ mədənində ötən gün partlayış nəticəsində yanğın baş verib. Yanğının güclü olması səbəbindən uzun müddət mədənlərə yaxınlaşmaq mümkün olmayıb. Yaralıların bəzilərinin Xankəndi xəstəxanasına təxliyə edildiyi bildirilir.
Ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının qanunsuz kəşfiyyat və istismarı məqsədilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.
Femida.az
Oxunub: 622
Oxşar xəbərlər
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Kəlbəcərdə atışma olub
- Kəlbəcərdə hərbçimiz minaya düşüb
- Kəlbəcərdə nəşi tapılan Azərbaycan hərbçisi Şirvanda dəfn olunacaq
- Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapılıb
- Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşdü - ölən var
- Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub
- Kəlbəcərdə qəza: 3 nəfər xəsarət alıb
- Kəlbəcərdə həlak olmuş zabit dəfn edilib