Gürcüstan Ermənistana buğda idxalına qadağa qoydu


00:43     29 Avqust 2018 18_08_28_1535471985.jpg

Gürcüstan hökuməti sentyabrın 1-dən etibarən Rusiyadan Ermənistana öz ərazisindən keçməklə buğda ixracına qadağa tətbiq edəcək.

Femida.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Jamanak" qəzeti məlumat yayıb.

Məlumatlara əsasən, daşınma yalnız Poti limanı vasitəsilə həyata keçiriləcək.

Yükdaşıma şirkətləri mümkün riskləri səsləndirib və bununla bağlı baş nazir Nikol Paşinyana xəbərdarlıq edib.

Qeyd edilib ki, Rusiyadan Ermənistana buğda idxalı yalnız dəniz yolu ilə həyata keçiriləcək. Bu, isə hava şəraitindən asılıdır.

Açar sözlər:

Oxunub: 224