Yollar mal-qaranın üzünə bağlandı


20:36     06 Oktyabr 2015 373697.jpg

Azərbaycanda mal-qaranın respublika əhəmiyyətli avtomobil yolları ilə aparılması qadağan olunur.


Femida.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, dəyişikliyə əsasən, avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinin qadağan olunması əksini tapıb.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Açar sözlər:

Oxunub: 887