Binəli Yıldırım Azərbaycana gəlib


01:33     29 Avqust 2018 binali.jpg


Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb.

Femida.az xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

B.Yıldırım Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək.

Qeyd edək ki, bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir.

Femida.az

Açar sözlər: Binali  

Oxunub: 254