Lənkərandakı zəlzələnin anbaan VİDEOSU - Məhsullar belə dağıldı


13:36     29 Avqust 2018 18_08_29_1535521158.jpg

Ötən gün Lerikdə baş verən güclü zəlzələ kameraya tuş gəlib.

Lənkəranda yerləşən mağazalardan birində müşahidə kamerası zəlzələni anbaan lentə alıb.

Kadrlarda mağazada məhsulların rəflərdən töküldüyü görünür. Mağazada olan müştərilər və satıcılar da dərhal küçəyə çıxırlar. Təkanlar daha çox Lənkəran və Lerikdə daha çox hiss edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda təkanların yerli vaxtla 16:57-də Lerik rayonu ərazisində qeydə alındığı bildirilib.

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. / baku.ws



Femida.az

Açar sözlər: #zəlzələ   #Lənkəran   #Lerik  

Oxunub: 286