Qobuda ağır yol qəzası baş verib


13:51     29 Avqust 2018 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib2.jpg

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Qobu qəsəbəsində “Daewoo” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 947