Bakıda azyaşlı qızlara seksual hərəkətlər edən şəxs danışdı - VİDEO
14:29 29 Avqust 2018
Azyaşlı qızlara binaların girişində hücum etmişəm. Onlara yaxınlaşıb əl atanda səsləri gəlib, qorxub qaçmışam.
Femida.az -ın “Xəzər” TV-yə istinadən məlumatına görə, bunu ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan paytaxt sakini Amil Paşayev deyib.
A. Hüseynov etiraf edib ki, dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
“Birinin arxasınca özüm düşmüşəm, digərlərinə isə yolda təsadüfən rast gəlmişəm”.
Bundan əlavə, A.Hüseynov “Əhmədli” metrostansiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb. Qeyd edək ki, saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.
Faktla bağlı Amil Paşayev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları Amil Paşayevin paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyini istisna etmirlər.
Oxunub: 1979
Oxşar xəbərlər
- Kapitan gəmidə qadını zorlamaq istədi
- İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Ermənistan müxalifətinin lideri zorlamaya görə məhkum olunub
- Qatil əsgər: “Məni zorlamaq istəyirdilər” – Kadırov təcili vəkil göndərdi
- Sevgilisi tərəfindən zorlandığını iddia edən qız efirə çıxdı (VİDEO)
- Bakıda gəlinini baltalayan qayınata haqda ŞOK DETAL- Zorlamaya görə məhkum olunub
- "12 yaşımda sinif yoldaşım məni tualetdə zorladı" - Bakıda dəhşətli hadisə
- Ağaclıq ərazidə qrup şəklində zorlama iddiası - Qadın polisə şikayət etdi
- Bakıda 16 yaşlı qız zorlanıb
- 12 yaşlı uşağı zorlayan Əmrahı bu hala saldılar- VİDEO