Binəli Yıldırım Fəxri və Şəhidlər Xiyabanında olub
16:01 29 Avqust 2018
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım avqustun 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Binəli Yıldırıma Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Türkiyə parlamentinin sədri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb. Xatirə kitabına ürək sözlərini yazdı.
Femida.az
Oxunub: 297
Oxşar xəbərlər
- Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verib
- Binəli Yıldırım Şamaxıda olub
- Binəli Yıldırım “Zəfər” Yarmarkasında - FOTOLAR
- Binəli Yıldırım Prezident İlham Əliyevi təbrik edib
- Binəli Yıldırım: "Qarabağ məsələsində siz yerdən göyədək haqlısınız"
- Binəli Yıldırım Bakıya gəlib
- Binəli Yıldırım İmamoğlu ilə arasındakı səs fərqini açıqladı
- Binəli Yıldırıma verilən səslərin sayı 11 min artdı - İstanbulda yenidən sayım
- Binəli Yıldırım istefa verir
- Binəli Yıldırım İstanbulun meri ola bilər