Muxtar Babayev komitə sədri ilə görüşüb


22:38     29 Avqust 2018 2018/08/n111-1535546997_1535549419.jpg

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev arasında görüş keçirilib.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, görüş zamanı Abşeron yarımadasının çirklənmiş sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi layihəsinin texniki tapşırığının hazırlanması barədə müzakirələr aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 307