İcbari tibbi sığortanın qiyməti açıqlandı
22:14 29 Avqust 2018
Azərbaycan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta xidmətləri almaq üçün sığorta haqlarının təxmini məbləğini müəyyənləşdirib.
Femida.az Trend-ə istinadla xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında dövlət agentliyinin direktoru Zaur Əliyev deyib.
“Bu proses pilot layihənin nəticələrinə əsasən həyata keçirilib və artıq, demək olar ki, başa çatdırılıb. Hesablamalarımızın nəticəsini və iqtisadi vəziyyəti nəzərə alaraq, biz bu məbləği 120 manat müəyyən etdik. Yəni, vətəndaş icbari tibbi sığorta etdirmək üçün aylıq 10 manat ödəməlidir”, - Əliyev deyib.
Dövlət agentliyinin direktoru bildirib ki, ölkə vətəndaşlarının bəzi kateqoriyaları sığorta haqlarının ödənilməsindən azad olunacaq.
“Bunlar uşaqlar, pensionerlər, əlillər və aztəminatlı ailələrdir. Onların icbari tibbi sığorta ilə bağlı xərclərini dövlət öz üzərinə götürəcək”, - Əliyev qeyd edib.
Direktor əlavə edib ki, əhali sığorta haqlarını hissə-hissə ödəmək imkanı qazanacaqlar.
“İşlə təmin olunan insanlar, əlbəttə ki, sığorta haqlarını qismən ödənilməsi imkanı qazanacaq”, - Əliyev qeyd edib.
Azərbaycanda İcbari Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin fevralından fəaliyyətə başlayıb. 2016-cı ilin sonundan ölkədə İcbari Tibbi Sığorta pilot layihəsinin reallaşdırılmasına start verilib. Hazırda bu layihə Mingəçevir, Yevlax və Ağdaş rayonlarını əhatə edir.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçilərinin biliyi yoxlanılacaq - ƏMR
- Azərbaycanda daha 700 xidmət icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edilir
- Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- TƏBİB: "Hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir"
- Azərbaycanda təcili tibbi yardım avtomobili qəzaya düşüb, xəsarət alan var
- Neftçalada elektrik cərəyanı tibb bacısını vuraraq öldürüb