Ramil Usubov daha bir deputatı mükafatlandırdı


21:55     29 Avqust 2018 ramil.jpg

Milli Məclisin deputatı Aydın Mirzəzadə Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.


Femida.az-ın məlumatına görə, bu barədə Aydın Mirzəzadə özünün Feysbuk səhifəsində məlumat yayıb.

Millət vəkili mükafatlandırıldığına görə nazirə təşəkkür edib: “Daxili İşlər naziri cənab Ramil Usubova məktub göndərərək yüksək mükafata görə təşəkkürümü bildirdim. Onun və ümumən Azərbaycan polisinin gələcək fəaliyyətinə uğurlar arzuladım”.

Femida.az

Açar sözlər:

Oxunub: 284