Binəli Yıldırım: "Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edir"
23:08 29 Avqust 2018
"Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədədir. İstər ikitərəfli əlaqələrdə, istərsə də regional məsələlərdə mövqeyimiz eynidir".
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.
Hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etdiyini vurğulayan Binəli Yıldırım deyib: “Bu, ölkələrimiz arasında formalaşan gözəl ənənədir. Biz də bu ənənəni davam etdiririk. Türkiyə Böyük Millət Məclisinin yeni sədri olaraq ilk səfərlərimdən birini dost və qardaş Azərbaycana etmişəm”.
Türkiyə Böyük Millət Məclisinin sədri səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini, səmərəli müzakirələr apardığını qeyd edib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan parlament sədri ölkələrimiz arasında ticarət əlaqələrinin və qarşılıqlı sərmayə qoyuluşunun genişləndiyini, strateji layihələrin davamlı olaraq həyata keçirildiyini, bütün istiqamətlərdə əlaqələrimizin gündən-günə daha da inkişaf etdiyini vurğulayıb.
Oxunub: 167
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"