Deputatların tətili başa çatdı
14:16 30 Avqust 2018
Millət vəkillərinin yay məzuniyyəti başa çatıb.
Femida.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşır.
Qanunvericiliyə əsasən, Milli Məclisdə komitə iclasları sentyabrın 15-dən, parlamentin payız sessiyası isə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlar məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət alırlar.
Qeyd edək ki, Milli Məclisin sədrinə 4950 manat, Milli Məclis sədrinin I müavininə 4454 manat, Milli Məclis sədrinin müavininə 4206 manat, sıravi deputatlara isə 3464 manat müavinət verilir.
Femida.az
Oxunub: 253
Oxşar xəbərlər
- Deputatların maaşı artırılır
- Deputatların bir qrupu peyvənd olunub
- Deputatların maliyyə hesabatı verməsi məcburi olacaq
- Deputatların maaşı artırıldı - Naxçıvanda
- Deputatların növbəti koronavirus testinin nəticəsi açıqlandı
- Deputatların maaşı açıqlandı — MƏBLƏĞ
- Deputatların xarici səfərləri ləğv olundu
- Deputatların tətil müddəti bitdi
- Deputatların tətil müddəti sabah başa çatır
- Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir