Qızı zorlayıb boğdu, anasının isə başını kəsdi - Cəlilabadda DƏHŞƏTLİ QƏTL
17:14 30 Avqust 2018
Cəlilabad rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Femida.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 86 yaşlı Firuzə Əskərova və onun qızı 46 yaşlı Sənubər Əskərovanı öldürməkdə şübhəli bilinən qonşuları, “Cıkma” ləqəbli Yaşar Bayramov saxlanılıb.
“Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. “Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini deyib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.
İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb.Belə ki, o, Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.
Axşam saatlarında onların evinə gedən Y.Bayramov S.Əskərovanı zorlayıb, sonra isə boğaraq öldürüb. F.Əskərovanı isə evin arxasında başını kəsib və tövləyə qədər sürüyərək aparıb. Qan izləri də yerdə qalıb. Onun başı kəsilmiş meyitini tövlədə qoyaraq çıxıb gedib.
S.Əskərova ailə həyatı qurmayıb. O anası ilə həmin evdə tək yaşayıb.
Y.Bayramov 3 dəfə evil olub. Birinci arvadından 3 övladı dünyaya gəlib, indi isə 3-cü arvadı hamilədir.
Oxunub: 1519
Oxşar xəbərlər
- Tərtər sakini qohumunu qətlə yetirib
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Bakıda 2 il əvvəl törədilmiş qətlin üstü açılıb
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə qardaş bacısını qətlə yetirib