Generallar sərhəddəki vəziyyəti yoxladı - FOTOLAR


17:47     30 Avqust 2018 18_08_30_1535622510.jpg


2018-ci ilin avqust ayının 30-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən “Astara” dövlət sərhədindən bura­xılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən bura­xılışı vəziyyəti yoxlanılıb.

DSX-dan Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmi­ləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.

Bu məqsədlə general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilmiş xidməti müşavirədə Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sa­hib­karlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi apa­rılıb.

2018-ci ilin 10 may tarixindən etibarən sutkalıq fasiləsiz rejimdə fəaliyyət göstərən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziy­yət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilmə­si ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.





Femida.az

Açar sözlər: #DGK   #DSX   #general   #gömrük   #sərhəd  

Oxunub: 694