Vaqondakı məktəbin şagirdlərinə XOŞ XƏBƏR


19:11     30 Avqust 2018 2018/08/26203_1535627529.jpg

Bərdə rayonunda vaqondakı məktəbin şagirdləri sentyabrın 17-dən yeni binada dərsə gedəcəklər.


Femida.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam rayon Təhsil Şöbəsinin rəhbərliyindən bildirilib. Belə ki, məktəbin ərazisinə yaxın 7 otaqdan ibarət şəxsi bina heç bir təmənna olmadan onlara təklif olunub.

Qeyd olunub ki, həmin bina tədrisə yararlı olduğundan 122 nömrəli köçkün tam orta məktəbin 2018/2019-cu tədris ilində orada fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, rayonun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmiryol vağzalında 5 dəmir vaqonlarda fəaliyyət göstərir. 2017/2018-ci tədris ilində məktəbdə 94 nəfər şagird təhsilə cəlb edilib. Bu şagirdlərdən 90 nəfəri məcburi köçkün ailələrindən olan uşaqlardır. Şagirdlərin təlim tərbiyəsi ilə 22 nəfər müəllim məşğul olur. Məktəbdə 10 nəfər texniki işçi çalışır.

Femida.az

Açar sözlər:

Oxunub: 193


Oxşar xəbərlər