Görüşə gələn müxaliflər bəlli oldu


21:45     13 May 2015 iqtidar.jpg

“Azadlıq-2015” seçki blokunun növbəti toplantısı keçirilib.


Femida.az xəbər verir ki, görüşdə iştirak edən partiya sədrlərinin əksəriyyəti mayın 15-də keçiriləcək növbəti iqtidar-müxalifət görüşündə iştirak etməyin tərəfdarı olduqlarını açıqlayıblar.

Xatırladaq ki, iqtidarla müxalifət arasında görüş mayın 15-də saat 10:00-da Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə baş tutacaq. Bundan əvvəl iqtidar-müxalifət görüşü iki dəfə baş tutub. Sonuncu görüşü isə fevralın 12-də keçirilib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 641


Oxşar xəbərlər