34 nəfər keçmiş məhbus işlə təmin olunub
23:11 30 Avqust 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az verilən məlumata görə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluq imkanlarına yiyələnməsi üçün aparılan işlər çərçivəsində onların özünüməşğulluq proqramında iştirakına şərait yaradılır.
Cari ildə bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edənlərdən 34 nəfəri kiçik ailə təsərrüfatlarını qurmaq üçün müəyyən potensiallarının olduğu nəzərə alınmaqla ƏƏSMN tərəfindən özünüməşğulluq proqramına cəlb ediliblər.
Həmin şəxslər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaq niyyətindədir. Proqram çərçivəsində onların kiçik biznesə malik olmaları üçün aktivlərlə təminatı həyata keçiriləcək. Quracaqları təsərrüfatlarını inkişaf etdirmələri üçün mütəmadi olaraq zəruri məsləhət xidmətləri ilə təmin olunacaqlar.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin potensialları müqabilində özünüməşğulluq proqramına cəlb edilməsi işləri hazırda da davam etdirilir.
-Femida.az
Oxunub: 175
Oxşar xəbərlər
- 34 yaşlı kişi başından güllələnərək öldürüldü
- 344 min şagirdin təhsil aldığı məktəblər risk zonasında - NAZİR
- 34 cinayətin üstü “isti izlər”lə açılıb
- 345 maşın karantin postlarından geri qaytarıldı
- 3422 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 343 nəfər Azərbaycan vətəndaşlığına keçmək üçün and içib
- 34 nəfər şübhəli saxlanıldı – Cinayətlərin günlük statistikası
- 340 min manat oğurladı, mərc oyununda uduzdu
- 34 vergi işçisinin fəaliyyətinə xitam verildi - SƏBƏB
- 34 yaşlı məhkum edam edildi - İranda