Azərbaycanda TV və radio yayımı dayandırılacaq - Bu tarixdə


17:40     31 Avqust 2018 televiziya_0054.jpg


Sentyabrın 3-də Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

Bu barədə Femida.az-a ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.

Birinci kompleks profilaktika fevralın 5-i, ikincisi iyunun 11-də keçirilib. Növbəti profilaktika isə dekabrın 3-də aparılacaq.

Femida.az

Açar sözlər: televiziya  

Oxunub: 238