"Qarabağ" Avroliqdakı uğuruna görə 8 milyon qazandı


19:13     31 Avqust 2018 18_08_31_1535713969.jpg

Avropa Liqasında qrup mərhələsinə düşən "Qarabağ" klubu avroliqalarda iştirakdan 4 milyon avro (8 milyon manat) qazanıb.

Femida.az-ın məlumatına görə, təmsilçimiz 5-ci dəfə ardıcıl olaraq Avropa arenasında çıxış edir və bu dəfə Avropa Liqasında çıxış edəcək.

"Qarabağ" mübarizəyə Çempionlar Liqasının birinci mərhələsindən başlayıb və play-off-a qədər mübarizəni davam etdirib. Təmsilçimiz Çempionlar Liqasında 1-ci təsnifatda 280 min, ikinci təsnifatda 380 min, 3-cü təsnifatda iştirak etdiyi üçün 480 min avro qazanıb.

Play-off-da BATE-ni keçə bilməyən Ağdam klubu Avropa Liqasının play-off-unda Şerifi mübarizədən kənarlaşdırıb və 300 min avro daha qazanıb.

Avropa Liqasında qrup mərhələsində iştirak etdiyi üçün "Qarabağ"a əlavə 2,62 milyon avro daha ödəniləcək. Yekunda təmsilçimiz 4 milyon avro (8 milyon AZN) qazanc əldə edib.

Bundan başqa "Qarabağ" qrupda hər qələbə üçün 570 min avro, heç-heçə üçün isə 190 min avro qazana bilər. Qrupda birinci yer tutacağı halda 1 milyon, ikinci yeri tutacağı halda isə 500 min avronun sahibi olacaq.

Femida.az

Açar sözlər: #Qarabağ   #Avroliqa   #UEFA   #futbol  

Oxunub: 245