Hüquq müdafiəçiləri monitorinq keçirdi


00:27     07 Oktyabr 2015 publika.az1427966833polis102as11.jpg

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçiləri Rövşən Məmmədov və Rafiq Təmrəzovla birlikdə Siyəzən, Dəvəçi, Quba və Qusar rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.


Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı qeyri-insani rəftar və işgəncə faktı ilə bağlı onlara şikayət edən olmayıb: “Xırda nöqsanları nəzərə almasaq hər hansı ciddi nöqsan aşkar olunmadı. Biz monitorinqin nəticələri barəsində daxili işlər naziri Ramil Usubova məlumat verəcəyik”.

E. Behbudov Quba və Qusar rayon polis şöbələrində “Polis və vətəndaş münasibətləri ” mövzusunda seminar keçirdiklərini də bildirib: “Seminar Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutdu. Polis əməkdaşlarının iştirak etdiyi seminarda insan hüquq və azadlıqları mövzusunda söhbətimiz oldu. Seminar iştirakçıları ilə fikir mübadiləsi aparıldı”.

Açar sözlər:

Oxunub: 795