Püşk atıldı - "Qarabağ" "Arsenal"a rəqib oldu


19:43     31 Avqust 2018 18_08_31_1535715855.jpg


Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Femida.az-ın məlumatına görə, Monakoda keçirilən tədbirdə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Avroliqanın budəfəki püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edib. Söhbət Vəli Qasımovdan gedir. 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, Qasımov da püşkatma zamanı səhnədə olub.

"Qarabağ" qrupunda İngiltərə nəhəngi "Arsenal"la eyni qrupda yer alıb. Digər rəqiblər isə Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları olub.

E qrupu

"Arsenal" (İngiltərə)
"Sportinq" (Portuqaliya)
"QARABAĞ" (Azərbaycan)
"Vorskla" (Ukrayna)

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Qarabağ   #Arsenal   #futbol   #UEFA   #püşk  

Oxunub: 332