Muxtar Babayev Masallıda vətəndaşları qəbul edib
20:07 31 Avqust 2018
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masallıda vətəndaşları qəbul edib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən M.Babayev Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masalı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının vətəndaşlarını qəbul edib.
Qəbuldan əvvəl M.Babayev və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Femida.az
Oxunub: 266
Oxşar xəbərlər
- Muxtar Babayevə yeni səlahiyyət verilib
- Muxtar Babayev Siyəzəndə vətəndaşları qəbul edib
- Muxtar Babayev azad olunan ərazilərdə görüləcək işlərdən danışdı
- Muxtar respublikada görülən sosial dəstək tədbirləri
- Muxtar Babayevə yeni müavin təyin edildi
- Muxtar Babayev və müavinləri vətəndaşları qəbul edib
- Muxtar Babayev görüş keçirdi
- Muxtar Babayev iş adamları ilə görüşdü
- Muxtar Babayev Gəncədə qəbul keçirib
- Muxtar Babayev səfirlə görüşdü