TÜRKSOY-un toplantısı keçiriləcək


00:42     07 Oktyabr 2015 turksoy.jpg

Türkmənistanda TÜRKSOY-a daxil olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçiriləcək.


Akademik Milli Dram Teatrının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, beynəlxalq tədbirdə Azərbaycanı milli teatrın direktoru, professor İsrafil İsrafilov təmsil edəcək.

Oktyabrın 7-dən 12-dək davam edəcək toplantıda bəzi türkdilli teatrların repertuarında olan tamaşalara baxış da nəzərdə tutulub. /apa/

Açar sözlər:

Oxunub: 1003


Oxşar xəbərlər