Qondarma respublikanın rəhbəri öldürüldü


01:55     01 Sentyabr 2018 18_08_31_1535735366.jpg

Ukraynada qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko öldürülüb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Zaxarçenko restoranda olarkən naməlum şəxslər orada partlayış törədiblər.

Nəticədə Zaxarçenko yerindəcə keçinib. Yaralılar və digər itkilər barədə hələlik məlumat yoxdur.

Hücumun terror aktı olduğu bildirilir.

Hazırda hadisə ilə əlaqədar araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 232